Məzmuna keç

AMEA-nın bir sıra institutlarına təyinatlar oldu

Akademik Gövhər Baxşəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, iqtisad elmləri doktoru Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru vəzifələrinə təsdiq olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Həmçinin Nərmin Adıgözəlova AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Sultan Hüseynova isə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq edilib.