Məzmuna keç

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda gün ərzində koronavirus əleyhinə 57 572 vaksin vurulub.

Bu barədə e-huquq.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 623 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 795 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 824 323, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 971 249 təşkil edir.