“AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub


  • 8 Oktyabr 2021 18:55

30 oktyabr 2011-ci il tarixində fəaliyyətə başlayan, istehsal gücünə görə Cənubi Qafqazın ən qabaqcıl alkoqollu və alkoqolsuz içkilər istehsalçısı olan “AZGRANATA” MMC-yə yeni sədr təyinatı olub.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən e-huquq.az-a verilən məlumatda qeyd edilir ki, yeni təyin edilən İdarə Heyətinin sədri təcrübəli idarəçi Ceyhun Bəxtiyarlıdır.

1988-1993-cü illərdə Bakı Dövlət Universitetində Riyaziyyat fakültəsində təhsil alan C.Bəxtiyarlı, “Arsenal Group”, “Nestle”, “Atena” kimi böyük şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Oxşar xəbərlər