Hadrutda bir azərbaycanlı hərbçinin meyiti aşkarlandı


  • 13 Oktyabr 2021 19:09

Ötən gün işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində Vətən müharibəsində itkin düşmüş bir azərbaycanlı hərbi qulluqçunun meyiti aşkarlanıb.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və Ermənistan tərəfinin nümayəndələrinin iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində azərbaycanlı hərbi qulluqçunun meyiti ilə yanaşı, 2 erməni hərbçisinin də cəsədi aşkarlanıb. Erməni hərbçilərin cəsədi qarşı tərəfə təhvil verilib.

Xatırladaq ki, Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi itkin düşmüş hesab olunurdu. Hazırda itkin qalan 6 hərbi qulluqçumuzun axtarışları davam etdirilir.

Oxşar xəbərlər