Elnur Məmmədov: "Ermənistan azərbaycanlılara qarşı törədilmiş cinayətləri araşdırmaq çağırışlarına məhəl qoymur"


  • 14 Oktyabr 2021 20:31

Ermənistanın irqi ayrı-seçkiliyə görə Azərbaycana qarşı müvəqqəti tədbirlər görməsi tələbi BMT Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməlidir.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələrində bildirib.

Elnur Məmmədov erməni tərəfinin arqumentlərini "qeyri-dəqiq" adlandırıb.

"Prezident İlham Əliyev Azərbaycanın bərabərlik, müxtəliflik və insan ləyaqətinə hörmət kimi əsas dəyərlərə sadiqliyini dəfələrlə təsdiqləyib", - Azərbaycan xarici işlər nazirnin müavini qeyd edib.

Diplomat, eyni zamanda Ermənistanı monoetnik dövlət olaraq millətçi ideologiyanı dəstəkləməkdə günahlandırıb.

Təmsilçinin sözlərinə görə, Ermənistan azərbaycanlılara qarşı törədilmiş cinayətləri araşdırmaq çağırışlarına məhəl qoymur.

Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan arasında "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesi çərçivəsində 18-19 oktyabr tarixlərində dinləmələr təyin edib.

Azərbaycan tərəfi bəyan edir ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.

Oxşar xəbərlər