Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.
E-huquq.az bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Müdafiə Nazirliyi bildirir ki, qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır:
“Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaq”.
