Məzmuna keç

XİN Zəngilanın işğaldan azad olunması ilə bağlı paylaşım etdi

Xarici İşlər Nazirliyi özünün tviter səhifəsində Zəngilan rayonunun işğaldan azad olunması ilə bağlı paylaşım edib.

E-huquq.az xəbər verir ki, paylaşımda deyilir:

“20 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərində üçrəngli bayrağımızı ucaltdı”.