Məzmuna keç

“AZGRANATA” MMC “Zəfər” yarmarkasında iştirak edəcək

"AZGRANATA" MMC "Zəfər" yarmarkasında iştirak edəcək.

Şirkətdən e-huquq.az-a verilən məlumatda bildirilir ki, 29 oktyabr 2021-ci il tarixində Dənizkənarı Bulvar ərazisində başlayacaq “Zəfər” yarmarkası 9 noyabr 2021-ci il tarixinədək davam edəcək. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəyə həsr olunan yarmarkada bir çox şirkətlər kimi “AZGRANATA” MMC-də iştirak edəcək.

“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutacaq tədbirdən əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılara dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.