Məzmuna keç

Hüquqşünas və sahibkarlar üçün faydalı

Beynəlxalq Ticarət və İnvestisiya Hüququ üzrə fəlsəfə doktoru Nəcibə Mustafayeva "Beynəlxalq investisiya hüququna giriş və investisiya mübahisələrinin həlli" mövzusunda təlim keçirəcək.

Bu barədə e-huquq.az-a “Legalaid” hüquq şirkətindən məlumat verilib.

Məlumata görə, şirkətin təşkilatçılığı ilə keçiriləcək ödənişli təlim noyabrın 20-21-də "Hilton" otelində baş tutacaq. İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

“Legalaid” hüquq şirkəti investisiya sahəsi ilə maraqlanan hüquqşünasları, beynəlxalq hüquq tədqiqatçılarını, biznes sektorunu, hüquq və MBA tələbələrini son dərəcə faydalı olan bu təlimdə iştirak etməyə çağırır.

Müraciət üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

https://docs.google.com/forms/d/e/1FAIpQLScfR0YwhZzxvz2h0bpEIPL_h2YWs6h0aXo5fIBTIo-fU3QGFg/viewform?vc=0&c=0&w=1&flr=0

"Dəmirçi Plaza", 16-cı mərtəbə, ofis1603

[email protected]

www.legalaid.az

(050) 240-25-04

Xatırladaq ki, Nəcibə Mustafayeva 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq fakültəsini bitərərək, təhsilini Moskva Dövlət Hüquq Akademiyasında davam etdirib. 2014-2017-ci illər ərzində Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MGIMO) aspiranturasında təhsilini davam etdirib. 2017-ci ildə MGIMO-da namizədlik dissertasiyasını müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2019-2020-illərdə Niderland Krallığının Amsterdam Universitetində ikinci magistratura təhsilini alaraq, Beynəlxalq Ticarət və İnvestisiya Hüququ sahəsində magistr dərəcəsini alıb. Peşəkar fəaliyyətinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparıtında başlayaraq, sonrakı illər ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyində və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində davam etdirib.

2014-cü ildən pedaqoji fəaliyyətə başlayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində müəllim, ADA-Universitetində qonaq məruzəçi kimi çalışıb.