Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına xidmət edən addımlara sadiq qalmağı düzgün hesab edir - Zaxarova


  • 28 Oktyabr 2021 18:35

Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli razılaşmaların reallaşdırılmasına xidmət edən açıqlama və addımlara sadiq qalmağı düzgün hesab edirik.

E-huquq.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, regionda nəqliyyat - kommunikasyaların açılması məsələlərinin işlənməsi üçün ən optimal format Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupudur: "Artıq bu mexanizmin səkkiz iclası keçirilib. Bütün tərəflər qrupun fəaliyyətini yüksək qiymətləndirir".

Oxşar xəbərlər