Bu gün Azərbaycan və dünya bazarında özünəməxsus yer tutan və məhsulları artıq brendə çevrilən "AZGRANATA" MMC-nin fəaliyyətə başlamasından 10 il ötür.
E-huquq.az xəbər verir ki, "AZGRANATA" MMC Prezident İlham Əliyevin iştirakı ilə 30 oktyabr 2011-ci ildə fəaliyyətə başlayıb.
Ağsu rayonunda 14 hektar sahəni əhatə edən meyvə şirələri və şərab emalı zavodunda müxtəlif növ meyvə şirələri, kompotları, konsentrat, limonad, üzüm yarpağı, mürəbbə, abqora ilə yanaşı, müxtəlif şərablar, viski, konyak, rakı, meyvə araqları və vodka istehsal edilir. Zavodun illik istehsal gücü meyvə şirələri üçün 100 milyon qablaşdırma, alkoqollu içkilər üçün isə 24 milyon butulka təşkil edir.
Müəssisədə istehsal edilən bir çox brendlər daxili bazarla yanaşı, xarici bazarda da yerini möhkəmləndirir. Hazırda dünyanın 30 ölkəsinə məhsul ixrac edən zavodun ixrac potensialı artmaqda davam edir.
Şirkət hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə ölkəmizi layiqincə təmsil edir.
Cənubi Qafqazın ən böyük meyvə şirəsi və şərab istehsalçılarından olan “AZGRANATA” MMC daim özünəməxsus yenilikləri ilə diqqət çəkir. Belə ki, cari ildə bir çox yeni məhsullarını satışa çıxaranmaqla yanaşı, şirkət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və “AZGRANATA” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında birgə elmi-təcrübi əməkdaşlıq və istehsalın yaradılması haqqında müqavilə imzalanmışdır. Bununla yüksək keyfiyyətli milli şərab brendlərinin istehsalı məqsədilə Azərbaycanın yerli üzüm sortlarının (Mədrəsə, Xindoqni, Bayanşirə, Şirvanşahı, Həməşərə və s.) biokimyəvi texnoloji göstəricilərini müasir metodlar əsasında öyrənilməsi, onların artırılması və becərilməsini həyata keçirilməsi planlaşdırılır.
"AZGRANATA" həm də Azərbaycanda xeyriyyəçi əməlləri ilə tanınan şirkətdir. Belə ki, 44 günlük Vətən Müharibəsi dönəmində qəhrəman hərbçilərimizə və Ordumuza dəstək göstərib. Buna görə Qarabağ Dirçəliş Fondu tərəfindən mükafatlandırlıb. Şirkət həm də COVİD-19 pandemiyası ilə mübarizədə dövlətimizə dəstək göstərib. Eyni zamanda səmərəli fəaliyyətinə görə bir çox beynəlxalq və yerli mükafatlara da layiq görülüb.
Biz də öz növbəmizdə e-huquq.az kollektivi adından "AZGRANATA" MMC-ni təbrik edir və şirkətə bundan sonrakı fəaliyyətində də yeni-yeni uğurlar arzu edirik.
