Məzmuna keç

Azərbaycan XİN terrorçu Ambik Sassunyanın həbsdən azad edilməsini pislədi

ABŞ-ın Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsi qərarını pisləyirik. Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviq edilməsinə xidmət edir.

E-huquq.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in erməni terrorçu Ambik Sassunyanın həbsdən azad edilməsi ilə bağlı sualına cavab olaraq bildirib.

"Həbsdə olarkən, 2012-ci ildə “Hay Zinvor” adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində A.Sassunyanın erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirməsi bu terrorçunun heç də islah olmadığını nümayiş etdirir.

Ermənistan KİV-də yayılmış məlumata əsasən bu ölkədə olduğu bildirilən terrorçunun hər-hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır".