Məzmuna keç

Hərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər praktiki atışlar yerinə yetiriblər –

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif çaplı silahlardan təyin olunan hədəflərə atışlar icra ediblər.

Toplanışda qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.