Məzmuna keç

Zaxarova: “Rusiya 3+3 mexanizmini dəstəkləyir”

“Biz Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülmüş 3+3 regional məşvərət mexanizmini yaratmaq fikrini dəstəkləyirik”.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Çoxşaxəli regional əməkdaşlığın inkişaf etdirilməsi bu formatın bütün mümkün iştirakçılarının mənafeyinə uyğundur”, – deyən Rusiya XİN rəsmisi 3+3 platforması ilə bağlı planı əməli müstəviyə keçirmək vaxtının gəldiyini da diqqətə çatdırıb.