Məzmuna keç

Azərbaycanda tanınmış vəkil vəfat edib

Azərbaycanda vəkil vəfat edib

Bu gün Vəkillər Kollegiyasının qocaman vəkili Zahid Xəlilov vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

"Bununla əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbir diləyir.

Allah rəhmət eləsin!", – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 39 il vəkil kimi fəaliyyət göstərmiş Z.Xəlilov 6 saylı vəkil bürosunda çalışıb.