Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Abşeron rayonunda təşkil olunacaq.
E-huquq.az "Azəriqaz"a istinadən xəbər verir ki, İstehsalat Birliyinin rəhbər şəxsləri rayonun Novxanı kəndində (Dəmiryolu stansiyasının yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” noyabrın 5-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
"Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
