Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.
E-huquq.az xəbər verir ki, yürüş Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.
Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.
