Məzmuna keç

Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında müqavilə imzalandı

Xarici işlər nazirinin müavini Xələf Xələfov və Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min arasında görüş keçirilib.

Bu barədə e-huquq.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq protokol imzalanıb.