Məzmuna keç

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.

E-huquq.az-ın məlumatına görə, bunu C.Bayramov tvitter səhifəsində yazıb.

"İrandan olan hörmətli həmkarımla telefon danışığımız oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik", – nazir bildirib.