Məzmuna keç

“Azəriqaz”ın rəhbərliyinin jurnalistlərlə növbəti görüşü olacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası noyabrın 12-də saat 14:00-dan 15:00-dək keçiriləcək.

E-huquq.az quruma istinadən xəbər verir ki, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Hər bir media qurumu bu tədbirə dəvətlidir. Ünvanlanan sualları "Azəriqaz" İB-nin Baş direktoru Ruslan Aliyev cavablandıracaq.

Qeyd edək ki, “Açıq qapı” aksiyası hər həftənin 5-ci günü saat 10:00-dan 12:00-a qədər “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunur. “Açıq qapı”da iştirak etmək könüllüdür. Yəni istənilən mətbuat nümayəndəsinə suallarına cavab almaq imkanı yaradılır.