“Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı keçriləcək.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
“Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib ki, “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2022-ci ildə Bursada (Türkiyə-red), 2023-cü ildə isə Azərbaycanın mədəniyyət paytaxtı, azad Qarabağın qəlbi Şuşada keçiriləcək”, – deyə səfir vurğulayıb.
Qeyd edək ki, "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb.
Eyni zamanda Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib.
