Məzmuna keç

Rusiya Azərbaycanla Ermənistanı delimitasiyaya başlamağa çağırdı

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinə başlamağa çağırıb.

E-huquq.az xəbər verir ki, bunu həftəlik keçirilən brifinqdə Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə başlamaq vacibdir:

“Rusiya Ermənistan və Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası prosesinin mümkün qədər tez başlamasını vacib hesab edir. Son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin tezliklə başlanmasının və sonradan demarkasiyasının, habelə Rusiyanın əvvəllər təqdim edilmiş təklifləri əsasında müvafiq komissiyanın işə başlamasının vacibliyini təsdiqləyir".