Məzmuna keç

Putin: “Üçtərəfli görüşdən sonra bölgədə fərqli ab-hava yaranacaq”

"Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli formatda danışıqlardan sonra regionda nəqliyyat kommunikasiyaları açılacaq".

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşdə bildirib.

“Bu gün üçtərəfli formatda müzakirə etdiyimiz rabitə, nəqliyyat marşrutları regionun bütün ölkələrinin, o cümlədən Rusiyanın iqtisadiyyatı üçün son dərəcə vacibdir, çünki strateji tərəfdaşlığımızı təmin edəcək kommunikasiya xətlərinin bərpasında maraqlıyıq”, – Rusiya lideri qeyd edib.

"Ümid edirəm ki, biz bu işin son mərhələsinədək irəliləyəcəyik. Mən bu gün gördüm ki, əlavə təsdiq tələb edən bəzi şeylər var, lakin fundamental xarakter daşımır", – Putin vurğulayıb.

Putin əlavə edib ki, iqtisadi məsələlər razılaşdırılıb, bundan sonra bölgədə fərqli ab-hava yaranacaq.