Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları artıb


  • 29 Noyabr 2021 21:12

2021-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə Azərbaycan dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq 3,56 milyard manata bərabər olub.

E-huquq.az bu barədə DGK-nin hesabatına istinadən məlumat verir.

Eyni zamanda, hesabat dövründə gömrük rüsumlarından daxilolmalar 974,352 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz çoxdur.

Hesabat dövründə DGK dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu 111,73 faiz yerinə yetirib. Bu müddət ərzində dövlət büdcəsinə proqnozdan əlavə 373,75 milyon manat vəsait köçürülüb.

Oxşar xəbərlər