Samir Nuriyev: "Zəngilan Hava Limanının uçuş-eniş zolağının ərazisi minalardan təmizlənib"


  • 30 Noyabr 2021 18:59

"Artıq Zəngilan Hava Limanının da uçuş-eniş zolağında ərazi minalardan təmizlənib və tikinti işləri davam edir".

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev noyabrın 30-da Qərargahın ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirilib.

PA rəhbəri nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən işlər çərçivəsində 2021-ci ilin oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanının dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biri olduğu qeyd edib: "Artıq Zəngilan Hava Limanının da uçuş-eniş zolağında ərazi minalardan təmizlənib və tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanması üçün baza yaradılır".

Oxşar xəbərlər