Helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupuna kimin rəhbərlik etdiyi açıqlandı


  • 30 Noyabr 2021 19:24

"Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə bağlı İstintaq qrupu Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Sənan Paşayevin rəhbərliyi ilə yaradılmaqla onun icraatına verilib".

E-huquq.az xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov bu gün keçirilən brifinqdə deyib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Oxşar xəbərlər