Bu gün daha 60-a yaxın məhkum cəzadan azad edildi


  • 1 Dekabr 2021 11:26

Bu gün Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsində bir sıra məhkuma Amnistiya aktının tətbiq edilməsi barədə tədbir keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbirdə çıxış edən Bakı şəhər Probasiya idarəsin rəisi Namiq İsmayılov bildirib ki, bu gün ölkə üzrə 60-a yaxın məhkuma amnistiya aktının tədbiq edilməsi barədə qərar təqdim olunub.

Bu gün cəzadan azad edilən şəxslər əsasən islah işləri, cərimə cəzaları, İctimai işlər və azadlığın məhdudlşadırılması cəzalarına məhkum edilən şəxslərdir.

Onlardan 20 nəfər Bakı şəhər Probasiya İdarəsindən cəzadan azad edilib. Onlardan 2 nəfəri qadındır.

Oxşar xəbərlər