Məzmuna keç

Tofiq Yaqublu prokurorluğa çağırıldı

Tofiq Yaqublu Səbail Rayon Prokurorluğuna çağırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi Feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, atası sabah saat 11-də Səbail Rayon Prokurorluğuna vəkil Nemət Kərimlinin şikayəti əsasında ifadə verməyə çağırılıb.

“İfadə verdikdən sonra gözünü müayinə etdirmək üçün xəstəxanaya gedəcəyik”, – N.Həzi qeyd edib.