Məzmuna keç

ABŞ təyyarəsi Ermənistan-Azərbaycan sərhədində kəşfiyyat həyata keçirdi

ABŞ Hərbi Hava Qüvvələrinin 38-ci RS/55-ci WG “Boeing RC-135V Rivet Joint” təyyarəsi Krım sahillərinə yaxınlaşaraq Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə “PlaneRadar” saytı məlumat yayıb.

Məlumata görə, o, Krit adasındakı Suda aviabazasından havaya qalxıb. Təyyarə monitorinq apardıqdan sonra Ermənistan-Azərbaycan sərhədi istiqamətində yola düşüb. “Boeing RC-135V Rivet Joint” daha sonra Gürcüstanın hava məkanına daxil olub.

Mənbə: Report