Məzmuna keç

Sabirabadda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Sabirabadda pulsuz hüquqi yardım layihəsi həyata keçiriləcək.

E-huquq.az xəbər verir ki, "Mirzəyev və partnyorları" Vəkil Bürosunun dəstəyi və Milli Məclisin deputatı Ramin Məmmədovun təşkilatçlığı ilə dekabrın 10-da Sabirabad rayonunda Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş pulsuz hüquqi yardım aksiyası keçiriləcək.

Aksiya saat 12:00-da başlayacaq.

Ünvan: Sabirabad rayonu Heydər Əliyev Mərkəzi (Heydər Əliyev prospekti 95)

Telefon: +994502779664 – Daşqın Şıxəliyev