Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İran-Azərbaycan yeni gömrük-keçid məntəqəsinin açılıb-açılmaması məsələsinə münasibət bildirib.
E-huquq.az-ın məlumatına görə, DGK sədri jurnalistlərə açıqlamasında deyib ki, hazırda elə bir layihə yoxdur:
"Bununla bağlı müzakirələr də aparılmır. Cənub istiqamətində İranla kifayət qədər qapımız var, həm idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, həm də sərnişinlər üçün. Elə bir məsələ olarsa hökumət səviyyəsində müzakirə olunur. Biz icraedici orqanıq, post təyin etmək hüququmuz və səlahiyyətimiz yoxdur".
