"Hazırda ölkədə təqribən 120-130 min arası əcnəbi şəxs yaşayır".
E-huquq.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, buraya həm də 15 günə qədər ölkəyə qısamüddətli səfər edən şəxslər daxildir: "15 günə qədər ölkəyə səfər edən şəxslər qeydiyyata düşməlidirlər. Həmin göstəricinin təqribən 12-13 faizi 15 günə qədər qalanlardır, digərləri isə müvafiq yaşama icazələri olan və qeydiyyata düşən şəxşlərdir".
