Məzmuna keç

İlham Əliyev Şarl Mişellə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında Brüsseldə keçirilən görüş zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə həmçinin kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.