Məzmuna keç

Azərbaycan Ordusu yeni tırtıllı və xizəkli texnika alıb –

Azərbaycan Ordusu üçün yeni tırtıllı və xizəkli texnika vasitələri alınıb.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni texnika ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında səfəri zamanı yeni texnikalara baxış keçirib.