Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Tərtərə səfər edib.
E-huquq.az xəbər verir ki, E.Hüseynov bu barədə tviterdəki hesabında yazıb.
“Bu gün Tərtər rayonunun işğaldan azad edilmiş əraziləri olan Suqovuşana, həmçinin Talış kəndinə səfər etdik və görülən işlərlə tanış olduq”, – Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi qeyd edib.
