Əməkdar artist vəfat etdi


  • 27 Dekabr 2021 23:51

Əməkdar artist Zilli Namazov vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə aktyor Xalq artisti Kazım Abdullayev məlumat paylaşıb.

O bildirib ki, Əməkdar artist axşam saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976-cı ildən "Azərbaycanfilm"də aktyor-rejissor kimi çalışıb.

Oxşar xəbərlər