Məzmuna keç

Prezidentin köməkçisindən Şuşa ilə bağlı paylaşım

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov özünün tviterdəki hesabında Şuşa ili bağlı paylaşım edib.

E-huquq.az xəbər verir ki, Şahmar Mövsümov paylaşımında “Şuşa ilimiz mübarək!” sözlərini yazıb. Prezidentin köməkçisi paylaşımına Şuşa ili, Qarabağ Azərbaycandır həştəqlərini də əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan edib. Bunu Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi qeyd olunacaq.