Məzmuna keç

ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olundu –

ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəna Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.

Yanvarın 1-də vəzifəsinin icrasına başlayan Erik Adamsın komandasında iki türk yer alıb.

Qeyd edək ki, Rəna Abbasova Erik Adamsla 2016-cı ildən Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan işləyir.