Məzmuna keç

DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət etdi –

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçuların anım mərasimləri keçirilib.

E-huquq.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər Bakı şəhərində II Fəxri Xiyabanda, Əmircan və Zirə qəsəbələrində, həmçinin Beyləqan rayonunda hərbi qulluqçuların məzar­larını ziya­rət edib əziz xatirələrini ehtiramla yad edib, daha sonra yas məra­sim­lərində iştirak ediblər.