Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əiyevanın tapşırığına əsasən Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində 11.01.2022-ci il tarixdə şəhid olmuş Azərbaycan ordusunun müddətdən artıq hərbi qulluqçusu Nəzərov Ayaz Azər oğlunun Tovuz rayonu Bozalqanlı kəndində keçirilmiş dəfn mərasimində iştirak ediblər.
E-huquq.az xəbər verir ki, Regional Mərkəzin əməkdaşları şəhidin ailə üzvlərinə Müvəkkil S. Əliyevanın başsağlığını çatdırıblar.
