Dövlət Komitəsi bağçada tərbiyəçinin azyaşlını döyməsi ilə bağlı araşdırmalara başladı


  • 13 Yanvar 2022 23:45

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq bağçalarının birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən videogörüntülərlə bağlı araşdırmalara başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. O bildirib ki, təmsil etdiyi qurum yayılan videogörüntülərdən məlumatlıdır.

Onun sözlərinə görə, artıq müvafiq qurumlar da iddia olunan faktla bağlı araşdırma aparır və əgər fakt öz təsdiqini taparsa, araşdırmaların nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində tərbiyəçinin azyaşlıya qarşı fiziki zorakılıq göstərdiyini əks etdirən videogörüntülər yayılıb.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.

Oxşar xəbərlər