Bakıda gənc qız itkin düşdü


  • 15 Yanvar 2022 15:58

Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, onun əlamətləri belədir: Boyu 175 sm., orta bədən quruluşlu, sarışın, uzun sarı saçlı, gözləri mavi rənglidir.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 805-93-93 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər