Sahibə Qafarova və Aleksa Beçiç parlamentlərarası əlaqələri müzakirə edəcəklər


  • 16 Yanvar 2022 23:20

Xəbər verdiyimiz kimi, yanvarın 16-da Monteneqro parlamentinin sədri Aleksa Beçiç ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən e-huquq.az-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava limanında qonağı Milli Məclis sədrinin müavini Adil Əliyev, Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri İqbal Məmmədov, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Monteneqro parlament sədrinin ölkənin dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Hava limanında Aleksa Beçiç səfər barədə jurnalistlərin suallarını cavablandırıb.

Oxşar xəbərlər