Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu


  • 22 Yanvar 2022 22:04

Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər