Məzmuna keç

“Caspian Energy Club” üzvləri növbəti “CEO Breakfast”da iştirak edib –

"Artıq xoş ənənə halını almış "CEO Breakfast", Klub üzvlərimizin əvəzolunmaz netvorkingq platformasına çevrilib. 2021-ci ilin iyul ayından bu günə kimi Bakıda və Azərbaycanın müxtəlif regionlarında 30-a yaxın "CEO Breakfast" keçirilib.

Bu barədə e-huquq.az-a "Caspian Energy Club"ın Sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev bildirib.

""CEO Breakfast" post-lokdaun dövründə mühüm rol oynayır, şirkət rəhbərləri və nümayyəndələri üçün ünsiyyət yaratmaq, öz xidmət və məhsullarını həm "Caspian Energy Club"un üzvlərinə, həm də klubdan kənar şirkətlərə tanıtmaq üçün əlverişli şərait yaradır. Hər "CEO Breakfast"da 50-yə yaxın şirkət iştirak edir və onların hər biri öz satışlarını rahatlıqla həyata keçirə bilir. Bizim statistikamıza əsasən, şirkətlər hər tədbirdən, sayı 5-dən az olmayan satış əldə edirlər", – deyə o qeyd edib.

Telman Əliyevin sözlərinə görə, “CEO Breakfast"in unikallığı ondan ibarətdir ki, kiçik və orta biznes nümayəndələri iri holdinq və transmilli şirkətlərin nümayəndələri ilə bir platformada görüşüb ünsiyyətə girə bilirlər: "Bu netvorkinq imkanı kiçik və orta biznesin inkişafına stimul verir. Tədbirin məqsədi kiçik və orta biznesi təmsil edən iş adamlarının biznesinin inkişafı və irəliləməsidir, buda öz növbəsində Azərbaycan Respublikası iqtisadiyyatının inkişafına yol açır. "CEO Breakfast" çərçivəsində aktual sual və təkliflər müzakirə olunur, fikir mübadiləsi aparılır. "CEO Breakfast hər həftənin cümə günü 09:00-da fərqli məkanlarda "Caspian Energy Club"ın üzvləri və qonaqlarının iştirakı ilə keçirilir".

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"ın əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.