Məzmuna keç

Elina Hacıyevanın intihar işinə xitam verildi – YENİLƏNİB

Bu gün Səbail Rayon Məhkəməsində 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, hadisə ilə bağlı ilk olaraq başlanan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə xitam verilib.

Məhkəmə baxışı sentyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.