Məzmuna keç

Alternativ icra mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Alternativ icra mexanizmlərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti bu günlərdə Fransa və Niderlandda tanışlıq səfərində olub.

E-huquq.az xəbər verir ki, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) təşkilatçılığı ilə həyata keçirilmiş səfər zamanı nümayəndə heyəti həmin ölkələrin özəl icra sistemləri ilə yaxından tanış olub, müxtəlif görüşlər keçirilib.

Tədbirlərdə özəl icra qurumlarının xüsusiyyətləri, bu sahədə ədliyyənin fəaliyyəti, dövlətin maraqları, özəl icra məmurlarının istifadəsində olan elektron informasiya sisteminin funksionallıqları barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb, təqdimatlar keçirilib. Həmçinin, nümayəndə heyəti icra məmurlarının məhkəmə qərarlarının icrası ilə yanaşı, həyata keçirdikləri hüquqi xidmət, mediasiya, kollektor fəaliyyəti və digər işlər barədə məlumatlandırılıb.