Məzmuna keç

Səhiyyə Nazirliyinin tabeliyində olan həkim və tibb işçilərinin əməkhaqları artırılacaq –

Azərbaycanda Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində çalışan həkim və tibb işçilərinin əməkhaqları artırılacaq.

E-huquq.az-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, bununla bağlı mexanizm hazırlanır: "Bu mexanizm hazır olandan sonra artım barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".