- 31 May 23:00
Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.
E-huquq.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliklə Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.