Məzmuna keç

Səlcuk Bayraktar: “Təyyarələrdən sonra tezliklə “TEKNOFEST Azərbaycan”a gələcəyik”

“Birinci təyyarə səhər getdi, ikinci yoldadır. Təyyarələrdən sonra biz də tezliklə “TEKNOFEST Azərbaycana gələcəyik”.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar tviter hesabında yazıb.

“TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.